Avro-1972-nin mükafatçısı öldü
Bir neçə dəfə klub səviyyəsində avrokubokların qalibi gələn, eyni zamanda 1972-ci il Avropa çempionatının da mükafatçısı olan belçikalı futbolçu Jilbert van Binst 74 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, van Binst karyerasına “Anderlext”in gənclər komandasında başlayıb. Gənclər komandasında bir il oynadıqdan Belçika klubunun əsas oyunçusuna çevrilib.
O, 1976-cı ildə “Anderlext”lə ilə UEFA Kubok Kubokunu qazanıb. Növbəti il o, ikinci dəfə bu kuboku alıb. Bu qələbələr arasında “Anderlext” UEFA Super Kubokunu da qazanıb.
1980-ci illərin əvvəllərində Van Binst Fransaya köçüb və orada “Tuluza”da çıxış edib. Daha sonra isə “Brügge”yə keçib. Bu qərar “Anderlext” azarkeşləri tərəfindən bəyənilməyib və sonradan futbolçu özü də bu addımın səhv olduğunu etiraf edib.
Van Binst Belçika millisində 15 oyun keçirib. O, həmçinin 1972-ci ildə Belçikada keçirilən Avropa Çempionatında komandanın heyətində olub və bürünc medal qazanıb.
Təqaüdə çıxdıqdan sonra Van Binst “Brügge”də baş məşqçi köməkçisi vəzifəsində çalışıb. Daha sonra o, peşəkar futbolu tərk edərək öz biznesinə başlayıb. O, bir neçə həvəskar komandanı da çalışdırıb.
Aut.az
