Mourinyodan sensasion açıqlama: Qocalanda, əldən düşəndə…
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo milli komandalardan birini nə vaxt çalışdıracağı ilə bağlı sualı cavablandırıb.
“Mənim məqsədim “Fənərbağça”da uğur qazanmaqdır və burada uzun müddət qalmamı istəyirlər. Bu mənim məqsədimdir. Əvvəllər milli komandanı çalışdırmaq imkanlarım olub, amma həmişə imtina etmişəm.
Bu, məni sevindirəcək iş deyil: ayda 1-2 oyun, oyunçuların yanına getmək, turnirləri gözləmək… Hazırda sərf edilməli olan çox enerjim var. Bəlkə bir gün qocalanda, yorğun olanda, əldən düşəndə, amma bu gün deyil”, – Alfredo Pedulla Mourinyonun sözlərini sitat gətirib.
Aut.az
