Dünya futbolu

Yalnız iki futbolçudan avtoqraf alıb

Portuqaliya millisinin, “Porto”nun və “Atletiko”nun sabiq hücumçusu Paulo Futre yalnız iki futbolçudan avtoqraf istədiyini etiraf edib.

Aut.az xəbər verir ki, Futre sosial şəbəkədə belə yazıb:

“Təvazökarlığı bir yana qoysaq, məndən daha yaxşı iki solaxay gördüm. İki argentinalı. Dieqo Maradona 1987-ci ildə dünya yığmasında birlikdə oynadığımız zaman avtoqraf aldığım ilk oyunçudur. “Benfika” ilə oyundan əvvəl isə Lionel Messidən istədim”.

Qeyd edək ki, Futre “World Soccer”in versiyasında 20-ci əsrin ən böyük futbolçuları siyahısına daxil edilib. 1987-ci ildə “France Football”dan “Gümüş top” alıb. Səsvermədə “Qızıl top”un sahibi olmuş Ruud Qullitə uduzub.

Aut.az