İtaliya

Ukraynalı hücumçu razılaşdı: “Milan”a keçir

“Roma”nın ukraynalı forvardı Artyom Dovbik “Milan”a keçməyə razılaşıb.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.

Onun məlumatına görə, Artyom icarə variantı ilə razılaşmağa hazırdır, vasitəçi Qabriele Giuffrida isə artıq sövdələşmə üzərində işləyir.

Bundan əvvəl  Dovbik “Fulhem”ə keçməkdən imtina etmişdi.  Bu arada, “Milan” artıq “Çelsi”dən hücumçu Kristofer Nkunkunun transferini tamamlaya bilib.

Qeyd edək ki, Ukraynanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa və Azərbaycan yığmaları ilə oyunların iştirak ərizəsinə daxil olan Dovbik İtaliya A seriyasının ilk turunun ” Bolonya” ilə matçında (1:0) cəmi 16 dəqiqə meydanda olub.

Xatırladaq ki, “Roma”nın baş məşqçisi Can Pyero Qasperini Artyomun komandasında qalıb-qalmayacağı haqda danışmaqdan imtina edib. Və bundan sonra ukraynalının İspaniyaya qayıdacağı ilə bağlı məlumatlar ortaya çıxdı.

“Roma” Artyomu “Jirona”dan 30,5 milyon avroya alıb. İtaliyadakı ilk mövsümündə ukraynalı 45 matçda 17 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az