1000 qol vurarsan, bir kubok qazana bilməzsən: Kimə lazımdır?
“Milan”ın yeni transferi Alvaro Morata İtaliya nəhənginə niyə keçdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, Moratanın sözlərini jurnalist Nikolo Skira “X” sosial şəbəkəsində sitat gətirib.
“Milan”a qələbə qazanmaq üçün gəlmişəm. Mən kluba tarix yazmağa və ikinci ulduzu [emblemdə] qazanmağa kömək etmək istəyirəm. 50-60 qol vurmağın heç bir əhəmiyyət yoxdur. Elə futbolçular var ki, karyerasında 1000 qol vurub, amma heç nə qazanmayıb. Mən hələ üst səviyyəmə atmamışam”, – Morata deyib.
Ötən mövsüm 31 yaşlı hücumçu “Atletiko Madrid”də çıxış edib. O, bütün yarışlarda 48 matçda iştirak edib, 21 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçunun Milan klubu ilə hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 16 milyon avrodur.
Aut.az
