İtaliya

Əfsanəvi hücumçu A seriyası klubuna rəhbərlik edəcək

“Cenoa”nın sabiq çalışdırıcısı Alberto Cilardino “Piza”nın məşqçisi təyin edilib.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Sira məlumat verib.

Mütəxəssis iki illik müqavilə imzalayıb – 2027-ci ilin yayına qədə. Müqaviləyə daha bir il uzatmaq variantı daxildir. Onun maaşı ildə 1 milyon avro olacaq.

Bu postda Alberto ötən mövsüm komandada çalışmış və 34 ildə ilk dəfə komandanı A Seriyasına çıxarmış Filippo İndzaqini əvəz edəcək.

Albertodan başqa Andrea Pirlo və Paolo Zanetti də bu vəzifəyə iddialı idi.

Qeyd edək ki, Cilardinonun son iş yeri 2024-cü ilin noyabrında tərk etdiyi “Cenoa” olub.

Aut.az