İtaliya

“İnter”in erməni ilə bağlı planı bəlli oldu

“İnter” Ermənistan millisinin keçmiş kapitanı Henrix Mxitaryanla müqaviləni uzatmaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

Bildirilir ki, yeni müqavilə 2027-ci ilin iyun ayına qədər qüvvədə olacaq. 37 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi bu il iyunun 30-da başa çatır.

Henrix Mxitaryan 2022-ci ildə “Roma”dan azad agent kimi “İnter”ə keçib.

Mxitaryan bu mövsüm 24 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az