Artetanın 29 yaşlı köməkçisi məşhur klubu çalışdıracaq
“Arsenal”ın baş məşqçisi Mikel Artetanın köməkçisi Karlos Kuesta “Parma”nın yeni baş məşqçisi təyin ediləcək.
Aut.az xəbər verir ki, u barədə jurnalist Nikolo Şira məlumat verib.
Kuesta “Parma” ilə 3 illik müqavilə imzalayacaq. O , baş məşqçi postunda “İnter”ə keçmiş Kristian Kivunu əvəz edəcək.
29 yaşlı ispaniyalı 2020-ci ilin avqust ayından Mikel Artetanın komandasındadır. Bundan əvvəl Kuesta “Yuventus” və “Atletiko Madrid”in gənclərdən ibarət komandalarında köməkçi kimi çalışıb.
Palma-de-Malyorka əsilli mütəxəssis A Seriyası tarixinin ən gənc baş məşqçilərindən birinə çevrilə bilər.
Aut.az
