Çempionlar Liqasıİtaliya

“İnter”də ciddi itki: “Barsa”ya qarşı oynamayacaq

“İnter”in müdafiəçisi Benjamin Pavar Çempionlar Liqasının yarımfinalında “Barselona” ilə cavab görüşünü buraxacaq.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, fransalı müdafiəçi topuq nahiyəsində ağrılar səbəbindən bazar ertəsi məşqi yarımçıq qoyub. O, “Barselona” ilə oyunda iştirak etməyəcək.

Xatırladaq ki, Pavar aprelin 27-də “Roma” ilə oyunda zədələnib və “Barselona” ilə ilk oyunda da bu səbəbdən iştirak etməyib. Daha əvvəl DÇ-2018-in qalibininin cavab oyununda start heyətində yer ala biləcəyi bildirilirdi.

Qeyd edək ki, “İnter” – “Barselona” matçı mayın 6-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk oyun 3:3 hesabı ilə başa çatıb.

Aut.az