Almaniya

Keyn “Bayern”dən ayrılır? – Rəsmi açıqlama

“Bayern”in hücumçusu Harri Keyn bu yay komandanı tərk etməyəcək.

Aut.az xəbər verir ki, bunu klubun idman direktoru Kristof Freund ingilis forvardın mümkün gediş ilə bağlı iddiaları şərh edərkən bildirib. “Bu, hətta müzakirə mövzusu deyil”, – deyə Münhen təmsilçisinin rəsmisi bildirib.

Qeyd edək ki, 31 yaşlı hücumçunun “Tottenhem”ə qayıda biləcəyi və ya “Liverpul”a keçəcəyi bildirilir.

Keynin “Bayern” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Harri bu mövsüm 44 oyun keçirib, 36 qol vurub və 12 məhsuldar ötürmə edib. O, Münhen komandası ilə karyerasının ilk çempionluq titulunu qazanıb.