“Bayern” qətərlilərlə anlaşmadı
“Bayern” Qətər dövlətinə məxsus “Qatar Airways” şirkəti ilə əməkdaşlığa son qoyub.
Aut.az xəbər verir ki, tərəflər iyunun 30-u başa çatacaq müqaviləni yeniləməmək qərarına gəlib. Bu barədə klubun saytı məlumat yayıb.
Qətərin milli aviaşirkəti 5 il ərzində Münhen klubunun sponsoru olub və onun loqosu Münhen klubunun formalarının qolunda yerləşdirilib.
Klub artıq yeni sponsor axtarışına çıxıb.
