O, “Qızıl top”u qazanmaq yolundadır – Kan kimi deyir?
“Bayern”in əfsanəvi qapıçısı Oliver Kan inanır ki, Münhen klubunun cinah oyunçusu Maykl Olise bu il dünya futbolunun əsas fərdi mükafatı olan ” Qızıl top “u qazanmağa qadirdir.
Aut.az xəbər verir ki, 24 yaşlı futbolçu hazırda Avropanın ən yaxşı beş liqasında ən çox qol vuran oyunçudur (penaltilər xaric), 18 qol və 25 məhsuldar ötürmə ilə.
“Bayern” demək olar ki, Bundesliqanın titulunu təmin edib, Almaniya Kubokunun yarımfinalına vəsiqə qazanıb və trebl etməyi hədəfləyib.
Almaniya millisinin keçmiş qapıçısı “Sky Sport”a verdiyi açıqlamada bildirib:
“Son həftələrdəki performansına baxsanız, Maykl Olise mütləq “Qızıl top”u qazanmaq yolundadır”.
Aut.az
