İngiltərəyə qayıtmaq istəmir?
“Bayern”in vingeri Leroy Sane karyerasını İngiltərədə davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
“Liverpul” alman futbolçunu gələn yay transfer etmək istəyir. “Qırmızılar” Saneni Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi iddia edilən Məhəmməd Salahın potensial əvəzedicisi kimi görürlər.
Almaniya millisinin üzvü isə Liverpula köçməyə hazır deyil. Futbolçu və ailəsi öz vətənlərində yaşamağı sevir, bundan əlavə, meqapolislər onları cəlb edir. Çox güman ki, Sane klubu tərk etməkdənsə, “Bayern”lə müqaviləni uzatmağa qərar verəcək.
Qeyd edək ki, Leroy 2016-2020-ci illərdə “Mançester Siti”də çıxış edib.
