Dünya futboluİngiltərə

“Arsenal”ın ulduzu Juninyonun yanına getdi

“Arsenal”ın yarımmüdafiəçisi Jorjinyo mövsümün sonunda komandanı tərk edəcək.

Aut.az xəbər verir ki, 33 yaşlı futbolçu azad agent olacaq.

İnsayder Fabritsio Romanonun sözlərinə görə, İtaliya millisinin braziliya əsilli sabiq üzvü doğma vətəninə gedəcək və “Flamenqo” ilə müqavilə imzalayacaq. Razılaşma 3 mövsüm, 2028-ci ilin sonuna qədər olacaq. Artıq şifahi razılıq əldə olunub.

Jorjinyo 2023-cü ildən “Arsenal”da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi 26 matçda iştirak edib və 1 qol vurub.

Qeyd edək ki, “Flamenqo”da yanvarda “Qarabağ”dan transfer edilən Juninyo Olavio da çıxış edir.

Aut.az