Dünya futbolu

Avropanın top-5 liqasında belə şey olmamışdı – FOTO

PSJ-nin yarımmüdafiəçisi Joao Neveş Liqa 1-in 3-cü turunda “Tuluza” ilə oyunda (6:3) het-trik edib.

Aut.az xəbər verir ki, portuqaliyalı üç qolundan ikisini 7-15-ci dəqiqələr arasında qayçı zərbəsi ilə vurub. Qeyd edilir ki, Avropanın top 5 liqasının müasir tarixində indiyədək belə hal olmayıb.

Xatırladaq ki, bu, Neveşin peşəkar karyerasında ilk het-trikidir. Portuqaliyalı Fransa çempionatının son mövsümündə üç qol vurmuşdu.

Ümumilikdə, Fransa nəhəngində Joao 61 matçda 10 qol vurub və 10 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 80 milyon avrodur.

Avropanın top-5 liqasında belə şey olmamışdı – FOTO

Aut.az