İngiltərə

Gələcəyi ilə bağlı qərar verdi: “Siti” tarixinin ən bahalı transferi

“Mançester Siti”nin vingeri Cek Qriliş bu yay klubu tərk etmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.

29 yaşlı ingilis klubdakı karyerasının başa çatdığını etiraf edib. Onun qərarına ehtiyat oyunçular skamyasında qaldığı “Kristal Pelas”la İngiltərə Kubokunun finalı (0:1) və 2025-ci il Klublararası Dünya Çempionatı üçün siyahıdan kənarda qalması təsir edib.

Ən çox ehtimal olunan variant xaricə köçməkdir. Xüsusilə də onun xidmətində “Napoli” maraqlıdır.

Qriliş “Mançester Siti”nin tarixindəki ən bahalı transferdir. “Aston Villa” onun üçün 2021-ci ilin avqustunda 117,5 milyon avro alıb. O, bu mövsüm start heyətində yerini itirib, 32 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bir müddət əvvəl Qrilişin komandadan ayrıla biləcəyinə işarə vurmuşdu.

Aut.az