DÇ-2026: Niderland və İngiltərə səfərə çıxır
2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.
Aut.az xəbər verir ki, bu gün G, H, K qruplarında ümumilikdə 6 matç gerçəkləşəcək.
G qrupunda ilk oyununa çıxacaq Niderland millisi Finlandiyanın qonağı olacaq. K qrupunda ilk iki görüşdə qalib gələn İngiltərə millisi səfərdə Andorra ilə qarşılaşacaq.
Xatırladaq ki, D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq Azərbaycan millisi seçmə mərhələ oyunlarına sentyabrda start verəcək.
DÇ-2026, seçmə mərhələ
7 iyun
G qrupu
20:00 Malta – Litva
22:45 Finlandiya – Niderland
Xallar: Polşa – 6 (2 oyun), Finlandiya – 4 (2), Litva – 1 (2), Niderland – 0 (0), Malta – 0 (2).
H qrupu
17:00 Bosniya və Herseqovina – San Marino
22:45 Avstriya – Rumıniya
Xallar: Bosniya və Herseqovina – 6 (2), Rumıniya – 3 (2), Kipr – 3 (2), Avstriya – 0 (0), San Marino – 0 (2).
K qrupu
20:00 Andorra – İngiltərə
22:45 Albaniya – Serbiya
Xallar: İngiltərə – 6 (2), Albaniya – 3 (2), Latviya – 3 (2), Serbiya – 0 (0), Andorra – 0 (2).
