İspaniyaİngiltərə

Avropa nəhəngi Van Deyki hədəfə aldı

“Liverpul”un müdafiəçisi Vircil van Deyk “Barselona”nın maraq dairəsindədir.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin sözlərinə görə, İspaniya klubu “qırmızılar”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq 33 yaşlı futbolçunu heyətinə qatmaq imkanlarını nəzərdən keçirir. Transferi başa çatdırmaq üçün “Barsa” uruqvaylı Ronald Arauxonu satmalı olacaq.

Van Deyk bu mövsüm klub səviyyəsində 32 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az