İspaniya

“Real” üçün yeni namizəd

“Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso gələn mövsümdən “Real”ı çalışdıra bilər.

Aut.az, xəbər verir ki, “Real”ın prezidenti Florentino Peres ispaniyalının namizədliyində israr edir və onu qısa siyahıya düşən digər namizədlərdən üstün tutur.

Gözlənilir ki, Madrid klubunun hazırkı baş məşqçisi Karlo Ançelotti yaxın 20 gün ərzində Çempionlar Liqası və İspaniya Kubokunda uğur qazana bilməsə, qovulacaq.

Xabi Alonsodan başqa, Raul, Maurisio Poçettino və Tomas Tuxel də baş məşqçisi vəzifəsinə iddialıdırlar.

Xabi Alonso “Bayer”ə gələn zaman komanda Bundesliqada düşmə zonasında idi. İndi isə turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb, həmçinin Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıb.

“Real” üçün yeni namizəd

Aut.az