“Yuventus”u o çalışdıracaq? – Sensasion variant
Turinin “Yuventus” klubu ” Fulhem”in futbolçusu Marko Silvanı komandanın baş məşqçisi postuna namizəd kimi nəzərdən keçirir.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.
Mənbənin məlumatına görə, 47 yaşlı portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasında çıxış etdiyi müddətdə çox gözəl təsir bağışlayıb. O, London klubundan başqa, “Everton”, “Uotford” və “Hall Siti”yə də rəhbərlik edib.
Silvanın “Fulhem”lə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. O, komandaya 2021-ci ildə qoşulub. 2024/2025 mövsümünün sonunda “Fulhem” İngiltərə çempionatında 11-ci yeri tutub.
“Yuventus” mövsümü A Seriyasının turnir cədvəlində dördüncü yerdə başa vurub.
Aut.az
