9 il Kloppla işləmişdi: Qvardiolaya qoşuldu
“Mançester Siti”nin məşqçilər korpusuna daha bir Pep, yəni Pep Lijnders qoşulacaq.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 42 yaşlı niderlandlı Qvardiolanın yeni köməkçisi olacaq. Lijndersin yeni işinə iyun ayında başlayacağı gözlənilir.
“Mançester Siti”nin sabiq müdafiəçisi Kolo Turenin də tezliklə Qvardiolanın məşqçilər heyətinə qatılacağı da bildirilir.
Xatırladaq ki, Pep Lijnders 9 il “Liverpul”da Yurgen Kloppun köməkçisi olub.
O, 2023/24 mövsümündən sonra alman mütəxəssislə birlikdə “Enfild”i tərk edib, daha sonra “RB Salzburq”a rəhbərlik edib. 2024-cü ilin dekabrına isə oradan ayrılıb.
Aut.az
