İngiltərə

Peşmandır: onların ulduz olacağını təsəvvür edə bilmirmiş

“Çelsi”nin əfsanəvi kapitanı Con Terri maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, veteran futbolçu London klubunda oynadıqları zaman Kevin De Bröyn və Məhəmməd Salahın potensialını görmədiyinə görə peşman olduğunu etiraf edib:

“Mən onların Premyer Liqanın ən yaxşı oyunçularından birinə çevriləcəklərini, ulduz olacaqlarını təsəvvür edə bilərdimmi? Qətiyyən yox, elə şansım yox idi. Bu, “Çelsi”də kapitan olduğum müddətdə yeganə məyusluğumdur. İllər keçdikcə daha yumşaq oldum, amma bu uşaqlar komandada olanda çox sərt idim. Onların dəstəyə ehtiyacı ola bilərdi. Bəlkə də hər ikisinin söhbətə ehtiyacı var idi və mən onlara rahatlıq tapmağa kömək edərdim”.

Qeyd edək ki, Kevin De Bröyn 2012/13, Məhəmməd Salah isə 2014/15 mövsümündə “Çelsi”nin düşərgəsində olub. Belçikalı yarımmüdafiəçi bir mövsüm “Verder”də icarə əsasında çıxış etdikdən sonra “Volfsburq” onu heyətinə qatıb. Misirili vinger isə “Fiorentina” və “Roma”da icarə əsasında çıxış etdikdən sonra “canvarlar” tərəfindən transfer edilib.

Aut.az