İtaliya

Etiraf etdi: Söhbət bağlanıb

“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyasının 27-ci turunda keçiriləcək “Latsio” ilə oyundan öncəsi fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Pioli skudetto məsələsinin artıq bağlandığını deyib.

“Skudetto şansımız varmı? Söhbət bağlanıb, ən azından mənə elə gəlir. İndiki “İnter” ötənilki “Napoli” səviyyəsindədir. Onlar A Seriyasında cəmi bir matçda uduzublar, bu o deməkdir ki, oyunlardan maksimum yararlanırlar”, – Pioli mətbuat konfransında deyib.

Aut.az