Yaxşı iş gördü, fərqli üslub gətirdi – Kapello kimi tərifləyir?
Məşhur italyan mütəxəssis Fabio Kapello Hans-Diter Flikin “Barselona”dakı işindən danışıb.
Aut.az xəbər verir ki, Kapellonun sözlərini “Diario Sport” sitat gətirib.
“O, “Barsa”nın baş məşqçisi kimi çox yaxşı iş gördü, çünki fərqli oynayır. Öz üslubunu gətirdi, oyunçular çox pressinq edir və çox hücum edir, lakin az müdafiə olunurlar. Amma bunu daha yaxşı hücumlarla kompensasiya edirlər və onları izləmək xoşdur”, – Kapello deyib.
Flik keçən yay “Barselona”nın başına keçib. Onun hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatır. Bu mövsüm kataloniyalılar Çempionlar Liqasının yarımfinalına, İspaniya Kubokunun finalına yüksəlib və çempionatın bitməsinə 6 tur qalmış La Liqada turnir cədvəlinə başçılıq edir.
Aut.az
