Almaniya

Ürəyindəki klub “Barsa”dır: Amma Premyer Liqaya gedəcək

“Leyptsiq”in futbolçusu Xavi Simons yayda klubunu dəyişə bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.

Onun fikrincə, transfer üçün ən çox ehtimal olunan variant APL klubudur. Müqavilənin dəyəri təxminən 75 milyon avro ola bilər.

O da bildirilir ki, Xavinin arzusu “Barselona”da oynamaqdır. Lakin bu istəyi reallaşmayacaq.

Aut.az