Almaniya

Kapitan “Bayer”dən gedir? – Qərarını rəsmən açıqladı

“Bayer Leverkuzen”in müdafiəçisi və kapitanı Conatan Ta 2024/25 mövsümünün sonunda komandadan ayrılacağını açıqlayıb.

Aut.az xəbər verir ki, o, bu barədə “Kicker” nəşrinə açıqlama verib:

“Müqaviləmi yeniləməmək və burada qalmamaq qərarına gəldim. Bu barədə açıq danışmışam. Klub bunu bilir”.

29 yaşlı almaniyalı futbolçunun “Bayer”lə müqaviləsi iyunun sonunda başa çatır. Müdafiəçi 2015-ci ildən “asprinlər”də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

“Transfermarkt” futbolçunun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

Aut.az