“Barselona” Şensnı ilə bağlı qərar verdi: Rəsmi açıqlama
“Barselona”nın idman direktoru Deku 34 yaşlı qapıçı Voytsex Şensnı ilə müqavilənin uzadılması ilə bağlı danışıqların uğurla davam etdiyini təsdiqləyib.
Aut.az xəbər verir ki, ekunun sözlərini “Marca” sitat gətirib.
“Şensnı çox təcrübəli qapıçıdır. Futbolda baş verən təsadüflərdən biri sayəsində onu dəvət etmək imkanımız oldu. Biz Voytsexdən və onun komandamızda oynadığı roldan çox razıyıq. O, növbəti mövsümdə mütləq bizimlə qalacaq”, – Deku bildirib.
Polşalı futbolçu ötən ilin oktyabrında azad agent kimi “Barsa”ya keçib.
Aut.az
