“Bavariya”nın ulduzu ilə danışıqları alınmır: İki nəhəng pusquda
“Bavariya”nın vingeri Serj Qnabri “Liverpul” və “Yuventus”un maraq dairəsinə düşüb.
Aut.az xəbər verir ki, bu barədə “Gazetta dello Sport” məlumat yayıb .
Hər iki nəhəng almaniyalını azad agent kimi almağa hazırdır, çünki onun “Bavariya” ilə müqaviləsi gələn yaya qədərdir.
Müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar hələ ki, uğurlu olmayıb.
Bu mövsüm Qnabri bütün turnirlərdə 15 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Qnabri 2018-ci ilin yayından “Bavariya”da çıxış edir.
Aut.az
