İngiltərəAlmaniya

Virts “Liverpul”da bu nömrəni istəyir? – Təlxək emojisi əlavə edərək yazdı ki…

“Bayer”in yarımmüdafiəçisi Florian Virts “Liverpul”a keçəcəyi təqdirdə 10 nömrəli formanı almaq istəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, jurnalist Florian Plettenberq daha əvvəl 22 yaşlı yarımmüdafiəçinin istəyi barədə yazmışdı.

Virts sosial media hesabında təlxək emojisi əlavə edərək, “Bəziləri deyir ki, mən “10” istəyirəm. Futbolçulara hörmət edirəm. Hər oxuduğunuza inanmayın” yazıb.

Hazırda “Liverpul”un heyətində 10 nömrəli forma yarımmüdafiəçi Aleksis MakAllisterə məxsusdur.

Aut.az