Amerikalılar Premyer Liqa nəhəngini almaq üçün bu qədər pul saydılar, amma…
“Tottenhem”in sahibləri “ENIC Group” London klubunu satmaq təklifini rədd edib.
Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Onların məlumatına görə, amerikalı iş adamı Bruklin Eyrik NFL və NBA-dan olan bir qrup investorla birlikdə “Tottenhem”in alınması üçün 3,7 milyard avro təklif edib və kluba daha 1,4 milyard sərmayə qoymağı planlaşdırıb.
Lakin təklif rədd edilib. Bu, Daniel Levinin bu ilin sentyabrın 4-də London klubunun prezidenti vəzifəsindən getməsindən sonra “ENIC Group”un rədd etdiyi üçüncü təklifdir.
“ENIC Group” 2001-ci ildən “Tottenhem”in sahibidir və Levi o vaxtdan bəri klubun prezidentidir. Ötən mövsüm komanda Avropa Liqasının qalibi olub.
Aut.az
