Keyn həyatının arzusunu açıqladı
“Bavariya”nın hücumçusu Harri Keyn həyatının arzusu haqda danışıb.
Aut.az xəbər verir ki, Keyn ən böyük arzusunun Çempionlar Liqasını qazanmaq olduğunu bildirib.
“Çempionlar Liqasını qazanmaq arzumdur. Bu, həyatımın arzusudur. Bu il isə bunu evdə, azarkeşlərimizin qarşısında (final Münhendə keçiriləcək) etmək imkanımız var. Düşünürəm ki, belə bir qələbə daha da xüsusi olardı.
Qarşıda bizi böyük oyun, 1/4 finalda “İnter”lə çətin oyun gözləyir, ona görə də hazır olmalıyıq. Bilirik ki, hər kəsi məğlub edə bilərik. Bunun üçün kifayət qədər güclü komandamız var, amma əsas odur ki, hər iki görüşdə ardıcıl olaq, sonra nə qədər irəli gedə biləcəyimizi görəcəyik.
Amma təbii ki, finalın Münhendə keçirilməsinin azarkeşlərimiz üçün nə qədər vacib olduğunu bilmək hamımıza əlavə motivasiya verir”, – deyə “Bavariya”nın hücumçusu bildirib.
Aut.az
