Almaniya

Mahir Emreli Almaniyada növbəti qolunu vurdu, komandası darmadağına sevindi – VİDEO

Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” də növbəti oyununa çıxıb.

Məşhur Miroslav Klozenin çalışdırdığı kollektiv “Regensburq”la qarşılaşıb və 8:3 hesabı ilə qalib gəlib.

Millimizin üzvü bu görüşdə növbəti qolunu vurub. O, qarşılaşmanın 23-cü dəqiqəsində hesabı 2:0-a çatdırıb. Mahir 69-cu dəqiqədə – hesb 4:3 olarkən əvəzlənib.

Qeyd edək ki, Emreli ötən turda “Qroyter Furt”la (4:0) görüşdə hesabı açıb.
“Nürnberq” 10 oyunda 16 xal toplayaraq hazırda 6-cı pillədə qərarlaşıb.