“Qarabağ”ın rəqibi bombardiri aldı
“Ayntraxt Frankfurt” Bundesliqa 2-nin ən çox qol vuran oyunçusu Yunes Ebnutalibin transferini açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 1 yanvar tarixindən qüvvəyə minəcək və 2031-ci ilin yayına qədər davam edəcək. Medianın məlumatına görə, Ebnutalib “Ayntraxt”a səkkiz milyon avro, üstəgəl bir milyon bonusa başa gəlib. Bu mövsüm hücumçu “Elfersberq”in heyətində 12 qol vurub. “Transfermarkt” onu 6 milyon avro dəyərində qiymətləndirir.
Qeyd edək ki, “ayntraxt” ÇL-in əsas mərhələsində “Qarabağ”ın rəqibidir.
Aut.az
