A seriyasının autsayderi ilə anlaşdı
“Salernitana” “Bavariya”nın və Almaniya millisinin keçmiş müdafiəçisi Jerom Boatenq ilə əməkdaşlığa razılaşıb.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Florian Plettenberq məlumat verib.
Mənbənin məlumatına görə, yanvarın 31-i çərşənbə günü futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya gəlib. 35 yaşlı müdafiəçi ən azı bu mövsümün sonuna kimi yeni komandasında çıxış edəcək.
Qeyd olunur ki, Boatenq hazırda azad agent olduğu üçün bütün sənədlər transfer pəncərəsi bağlandıqdan sonra imzalana bilər.
Aut.az
