Venger, Anri və Varan: bu oyunu birgə izlədilər – FOTO
“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger Fransa millisinin keçmiş oyunçuları Tyerri Anri və Rafael Varan ilə birlikdə İtaliya A Seriyasının 7-ci turunda “Komo” – “Yuventus” matçını izləyib.
Aut.az xəbər verir ki, meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi oyunda məşhurlar Komoda “Cüzeppe Sinqalya” stadionunda yanaşı oturublar.
Yayım direktoru matçın 33-cü dəqiqəsində onları ekrana çıxarıb.
“Komo”nun baş məşqçisi Anrinin sabiq komanda yoldaşı Sesk Fabreqasdır. Onlar Arsen Vengerin rəhbərliyi altında oynayıblar.
Rafael Varan 2024-cü ilin yayında “Mançester Yunayted”dən “Komo”ya keçib və iyul-oktyabr aylarında klubda oynayıb. Karyerasını bitirməzdən əvvəl bir oyun keçirib.
“Komo” 12 xalla A Seriyasında 5-ci yerdədir.
Aut.az

