İtaliya

Dəqiqdir: Bu iki futbolçu “İnter” tərk edir

Çilili hücumçu Aleksis Sançes və italiyalı yarımmüdafiəçi Stefano Sensi 2023/24 mövsümü başa çatdıqdan sonra “İnter”i tərk edəcəklər.

Aut.az xəbər verir ki, bu futbolçuların hazırkı müqavilələri 2024-cü ilin yayında başa çatır və uzadılmayacağı dəqiqdir.

Aleksis Sançes bu mövsüm “İnter”in heyətində 30 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 2,5 milyon avro qiymətləndirir.

Stefano Sensi mövsümdə cəmi 4 matçda meydana çıxıb. Onun dəyəri 4 milyon avrodur.

Aut.az