Digər

Dünya çempionunun sensasion məğlubiyyəti: Əfsanə səbəbini açıqladı

Snooker üzrə yeddiqat dünya çempionu, ingilis Ronni O’Sullivan hazırkı dünya çempionu Kayren Uilsonun 2025-ci il Dünya Çempionatında ilk görüşdə uduzmasının səbəbini açıqlayıb.

“Dünya Çempionatını qazanmaq üçün yaxşı formada olmalısan, həm də, fevralın bir günündə özünüzə deməlisiniz: bu qədər, indi bütün diqqət yalnız Dünya Çempionatına yönəlməlidir. Məncə, o, çoxlu sayda turnirlərdə oynadı ki, buna da ehtiyac yox idi.

Bu, çox incə bir xətdir – bura gələndə ayaqlarınız yüngül olmalıdır ki, turnir irəlilədikcə forma yığa biləsiniz. Əks təqdirdə hər şey sizin əleyhinizə çevriləcək.

Düşünürəm ki, Kayren bir neçə tədbiri qaçırmalı idi, çünki onlada iştirak etməyə ciddi ehtiyac yox idi, –  O’Sullivan “TNT Sports”a deyib.

Xatırladaq ki, hazırkı dünya çempionu, ingilis snookerçi Kayren Uilson 2025-ci il dünya çempionatının ilk turunda Çin təmsilçisi Ley Peyfana (reytinqdə 39-cu) uduzub – 9:10.

2025-ci il Dünya Kuboku aprelin 19-dan mayın 5-dək İngiltərənin Şeffild şəhərində keçirilir.

Aut.az