“Yuventus” “Barselona”nın futbolçusu ilə anlaşdı
“Barselona”nın 25 yaşlı uruqvaylı müdafiəçisi Ronald Arauxo Turində “Yuventus”a keçməyə razılaşıb.
Aut.az xəbər verir ki, artıq futbolçu mövsümün sonuna qədər icarəyə keçməyə qərar verilib. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
“Yuventus”un idman direktoru indi “Barselona” rəhbərliyi ilə transferin şərtlərini razılaşdırmalıdır. Mənbə qeyd edir ki, kataloniyalılar Arauxonun yüksək maaşını nəzərə alaraq, onu başqa klubda oynamasında maraqlıdır.
“Yuve” isə oyunçunu satın alma opsionu ilə icarəyə götürmək istəyir. Lakin “Barsa” müdafiəçini növbəti mövsümdə saxlamağa üstünlük verəcək.
Aut.az
