İspaniyaÇempionlar Liqası

10 illik uğursuz seriya davam edir

“Barselona” UEFA Çempionlar Liqasının finalına 10-cu mövsümdür ki, çıxa bilmir

Aut.az xəbər verir ki, İspaniya təmsilçisi ötən gün keçirilən yarımfinal mərhələsinin cavab oyununda“İnter”ə 3:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb. Bununla Kataloniya klubu 2014/15 mövsümündən etibarən ardıcıl olaraq Çempionlar Liqasının finalında iştirak edə bilməyəcək.

“Barsa” həmin vaxt “Yuventus”u 3:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.