O, çox yüksək səviyyəli futbolçudur: Qvardiola kimi deyir?
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının ilk turunun “Napoli” ilə oyununda (2:0) 20 yaşlı müdafiəçi Niko O’Raylinin çıxışını dəyərləndirib.
Aut.az xəbər verir ki, Qvardiolanın sözlərini klubun mətbuat xidməti sitat gətirib:
“Niko O’Rayli… o, yüksək səviyyəli, çox yüksək səviyyəli oyunçudur. Üç-dörd mövqedə oynaya bilər. Ümid edirəm ki, uzun illər oynayacaq!”
İngilis müdafiəçi bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 6 oyun keçirib, lakin qol vurmayıb.
Çempionlar Liqasının növbəti turunda İngiltərə klubu “Monako” ilə qarşılaşacaq. Oyun oktyabrın 1-də Fransada keçiriləcək.
Aut.az
