Futbolçulara oyundan qabaq cinsi əlaqədə olmaq üçün məsləhət verdi
İtaliyalı mütəxəssis Antonio Konte matçlardan əvvəl futbolçulara cinsi əlaqə ilə bağlı məsləhətlər verib.
Aut.az xəbər verir ki, “Rai TV”-yə müsahibə verən “Yuventus”un və İtaliya millisinin sabiq baş məşqçisi bu mövzu ilə bağlı təcrübəsinin olduğunu bildirib:
“Yarışların olduğu dövrdə cinsi əlaqə uzun sürməməlidir. Tərəfdaşınızın altında qalaraq mümkün qədər az səy göstərməlisiniz. Keçmiş futbolçu olduğum üçün ötürə biləcəyim təcrübəm var. Bu, müəyyən vəziyyətlərə məhdudiyyətlər qoya və ya qadağan edə bilməyəcəyiniz bir şey deyil. Amma matça qədər olan məsləhət olan şey mümkün qədər az güc itirməkdir. Ona görə də digər iştirakçı çox aktiv olmalıdır”.
