Ramosa gözlənilməz təklif
Braziliyanın “Korintians” klubu ispaniyalı mərkəz müdafiəçisi Serxio Ramosu izləyir.
Aut.az xəbər verir ki, bu barədə “Itatiaia” nəşri yazıb.
Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar hələlik baş tutmayıb, lakin klub 38 yaşlı futbolçunun maliyyə tələblərindən artıq xəbərdardır.
Braziliyalıların bu tələbləri təmin edə biləcəyinin şübhə altında olduğu bildirilir.
2023/24 mövsümündə Serxio Ramos “Sevilya”nın heyətində 37 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. O, indi azad agentdir və “Transfermarkt” portalı oyunçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.
Aut.az
