“Barselona” ərəblərdən gələn təklifi bəyənmədi
“Barselona” Səudiyyə Ərəbistanı klubundan vinger Rafinyaya görə 65 milyon avroya təklifi alıb.
Aut.az xəbər verir ki, Kataloniya klubu təklifi çox aşağı hesab edir. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, əvvəllər “Əl-Hilal” braziliyalı hücumçu ilə maraqlanırdı. “Barselona” hətta 90 milyon avroluq təklif alacağı təqdirdə danışıqlarda iştirak etməyə hazır olduqlarını bildirmişdi.
Qeyd edək ki, ötən mövsüm Rafinya bütün yarışlarda 37 matçda iştirak edib, 10 qol vurub, 13 məhsuldar ötürmə edib.
