Digər

Türkiyə çempionu güllələndi

Türkiyənin Dənizli vilayətinin Çivril bölgəsində türkiyəli idmançı güllələnib.

Aut.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə məktəbin həyətində türk qol güləşçisi Yusuf Nalcaj məktəbdən çıxarkən baş verib.

O, qolundan yaralanaraq xəstəxanaya aparılıb. Cinayətkarın hadisə yerindən qaçdığı və onun şəxsiyyətinin hələlik müəyyən edilmədiyi qeyd edilir.

Nalcaj qol güləşi üzrə Türkiyə çempionudur.

Aut.az