Vinisius istirahət edir: Həm də ona klub axtarır – FOTO
Vinisius Junior hazırda istirahət etsə də, daha çətin günlər keçirənləri də unutmur.
Aut.az xəbər verir ki, onlardan biri də onun dostu və həmyerlisi Reynerdir.
2020-ci ildə böyük ümidlərlə “Real”a keçən Reynier əsas komandada özünü təsdiq edə bilmədi. “Borussiya” və “Qranada”da icarə də istənilən effekti vermədi. Yeni baş məşqçinin onu komandasında görmədiyi bildirilir. Onun 2026-cı ilə qədər olan müqaviləsi vaxtından əvvəl ləğv edilə bilər.
Bu fonda Vinisius təşəbbüsü öz əlinə alıb. “Defensa Central”ın məlumatına görə, o, şəxsən “Flamenqo” ilə əlaqə saxlayıb və keçmiş klubunu Reyneri Braziliyaya qaytarmağa razı salmağa çalışır. Ola bilsin ki, vətənə qayıdış ona karyerasını yenidən başlatmağa və Avropada hələ öhdəsindən gəlmədiyi təzyiqi aradan qaldırmağa kömək edəcək.
Aut.az

