İspaniya

“Atletiko”nun əfsanəsi öldü

“Atletiko Madrid”in əfsanəvi futbolçusu Enrike Kolyar 29 dekabrda 91 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Kolyar “Atletiko Madrid”in gənclər sisteminin məhsulu idi və 1952-ci ildən 1969-cu ilə qədər “hindular”ın əsas komandasında sol cinah yarımmüdafiəçisi kimi oynayıb. O, klubda 470 oyun keçirib və 105 qol vurub, 10 il komandanın kapitanı olub.

“Atletiko” ilə birlikdə Kolyar 1966-cı ildə İspaniya çempionu olub, üç dəfə İspaniya Kubokunu qazanıb və 1962-ci ildə Kuboklar Kubokunun qalibi olub.

“Atletiko”dan əlavə, Kolyar “Kadis”, “Mursiya” və “Valensiya” klublarında da oynayıb. 1955-ci ildən 1963-cü ilə qədər İspaniya millisində 16 oyun keçirib və dörd qol vurub.

Aut.az