İspaniya

Onların münasibəti necədir?

“Barselona”nın prezidenti Joan Laporta “Real”ın rəhbəri Florentino Pereslə münasibətindən danışıb.

“Florentino ilə yaxşı münasibətimiz var. Onun stadiona gəlib-gəlməyəcəyini bilmirəm, keçən dəfə gəlməmişdi. Mən onun gəlməsini istərdim, çünki “El Klasiko” dünyanın ən yaxşı şousudur.

Hər iki klub oyun zamanı öz prezidentləri ilə təmsil olunsalar, əla olardı” – deyə Laporta “Mundo Deportivo”ya deyib.

La Liqanın 11-ci turunun “Barselona” – “Real” oyunu oktyabrın 28-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Doqquz turdan sonra İspaniya çempionatının turnir cədvəlinə “Real” başçılıq edir, komandanın 24 xalı var. “Jirona” 22 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 21 xalla “Barselona” qapayır.

Aut.az