İspaniya

Dekunun əsas favoriti odur – Xavinin yerinə

Luis Enrike bu mövsümün sonunda ayrılacaq “Barselona”dan ayrılacaq Xavini əvəzləmək üçün klubun idman direktoru Dekunun əsas favoritidir.

Publika.az xəbər verir ki, bu barədə “Cadena Ser” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Barselona”nın maliyyə problemləri Enrikenin təyinatına mane ola bilər, lakin Deku onu Xavinin yerinə ideal namizəd kimi görür.

Luisin PSJ ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. İspan mütəxəssis 2023-cü il iyulun 5-də Fransa klubunu çalışdırıb.

Qeyd edək ki, Enrike karyerasının əvvəlində “Barselona”da çalışıb. O, 2014-2017-ci illərdə Kataloniya klubuna rəhbərlik edib və “blaugrana”ya La Liqa, Kral Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunu qazanmağa kömək edib.

Aut.az