Baş məşqçi açıqladı: Ramos planlarıma daxil deyil
İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente “Sevilya”nın kapitanı Serxio Ramosun milliyə mümkün qayıdışı barədə danışıb.
Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis AS nəşrinə açıqlamasında 37 yaşlı müdafiəçinin planlarına daxil olmadığını bildirib:
“Mən şəxsi söhbətlər haqqında danışmağı sevmirəm, amma ona böyük hörmətim var. Ancaq bir şey aydındır ki, mən başqa oyunçulara maraq göstərirəm. Serxio Ramos əla oyunçudur. Amma məşqçi nəyəsə əsaslanan ideya ilə işləməlidir. Seçdiyim bir sıra oyunçular var ki, onlar mənə oyunlarıyla zəmanət və güvən verirlər”.
Xatırladaq ki, Bu yay doğma klubu “Sevilya”ya qayıdan Serxio Ramos İspaniya millisində 180 oyun keçirib ki, bu da ölkə rekordudur. O, eyni zamanda yığmayla 2010-cu ildə dünya çempionatının və 2008 və 2012-ci illərdə isə Avropa çempionatının qalibi olub.
Aut.az
