Azərbaycan futbolu

“Şəki Siti” xal itirdi

Futbol üzrə Azərbaycan II Liqasında XV tura start verilib.

Aut.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub. “Şahdağ Qusar” lider “Baku Sportinq”lə heç-heçə edib.

“Ağdaş” – “Şəki Siti” matçında da bərabərlik qeydə alınıb. “Şəfa” isə öz meydanında “Lerik”i məğlub edib.

“Şahdağ Qusar” – “Baku Sportinq” 1:1
Qollar: 
Rahid Əmirquliyev, 32 – Röyal Nəcəfov, 51
Qırmızı vərəqə: Elməddin Hüseynzadə (“Baku Sportinq”)

“Ağdaş” – “Şəki Siti” 1:1
Qollar:
 Fuad Hüseynov, 5 – Yusif Dilanov, 40
Qırmızı vərəqə: Elşən Mustafayev, 65 (“Şəki Siti”)

“Şəfa” – “Lerik” 3:2
Qollar: 
Əli Əliyev, 11, 33, Cavanşir Tahirov, 85 – Azad Bayramzadə, 62, Valid Yusubzadə, 77